Masazırda 38 yaşlı qadın öldürülüb, dayısı şübhəli kimi saxlanılıb - YENİLƏNİB

Masazırda 38 yaşlı qadın öldürülüb, dayısı şübhəli kimi saxlanılıb - YENİLƏNİB Abşeronda 38 yaşlı qadın qətlə yetirilib.
Hadisə
30 Yanvar , 2025 16:29
Masazırda 38 yaşlı qadın öldürülüb, dayısı şübhəli kimi saxlanılıb - YENİLƏNİB

Abşeron rayonu Masazır qəsəbəsində 1987-ci il təvəllüdlü Türkan Abdurəhimova kəsici alətlə qətlə yetirilib.

"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən T.Abdurəhimovanın dayısı, 1967-ci il təvəllüdlü Şakir Rzayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

15:24

Abşeron rayonunda 38 yaşlı qadın qətlə yetirilib.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Türkan Allahverditevanın dayısı tərəfindən öldürüldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır

Son xəbərlər

Orphus sistemi