Abşeronda yol qəzasında 27 yaşlı gənc ayağını itirdi

Abşeronda yol qəzasında 27 yaşlı gənc ayağını itirdi Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
987
11 Sentyabr , 2020 20:55
Abşeronda yol qəzasında 27 yaşlı gənc ayağını itirdi

Abşeron rayonunda sərnişin avtobusu ilə minik avtomobili  toqquşub.

"Report"un məlumatına görə, minik avtomobilində olan 1993-cü il təvəllüdlü Yusufov Murad Ceyhun oğlu zərbənin təsirindən avtomobildə ayağı sıxılmış vəziyyətdə qalıb.

O, əraziyə gələn xilasedicilərin köməkliyi ilə avtomobildən çıxarılıb və xəstəxanaya çatdırılıb.

M.Yusufov əməliyyat olunub, həkimlərin səylərinə baxmayaraq, onun sağ ayağını bud nahiyəsindən amputasiya ediblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi