​Abşeron rayonunda mikroavtobus yanıb

​Abşeron rayonunda mikroavtobus yanıb Hadisə Ceyranbatan qəsəbəsində baş verib
Hadisə
27 Fevral , 2015 04:07
​Abşeron rayonunda mikroavtobus yanıb

Bakı. 27 fevral. REPORT.AZ/ Axşam saat 22:00 radələrində Abşeronun Ceyranbatan qəsəbəsində yanğın hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus "Mercedes” markalı mikroavtobusun mühərrik hissəsində elektrik naqilləri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi