​ABŞ HHQ-nin Suriyada müxalifət silahlılarına səhvən zərbəsi endirməsi nəticəsində 10 nəfər ölüb

​ABŞ HHQ-nin Suriyada müxalifət silahlılarına səhvən zərbəsi endirməsi nəticəsində 10 nəfər ölüb ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının Yaxın Şərq üzrə nümayəndəsi faktı təsdiqləyib.
Hadisə
11 İyun , 2016 08:22
​ABŞ HHQ-nin Suriyada müxalifət silahlılarına səhvən zərbəsi endirməsi nəticəsində 10 nəfər ölüb

Bakı. 11 iyun. REPORT.AZ/ ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri Suriya müxalifətinin İŞİD-ə qarşı döyüşən silahlı dəstələrindən birinə səhvən aviazərbə endirib. "Report"un məlumatına görə bu barədə "The Wall Street Journal" xəbər yayıb. 

Məlumata görə, Mara şəhərində endirilmiş zərbələr zamanı Suriya müxalifətinin 10 silahlısı həlak olub.

Pentaqon isə avia hücumlardan sonra İŞİD terror qruplaşmasının iki taktiki bölməsinin, eləcə də bir neçə qruplaşmaya məxsus nəqliyyat vasitələrinin məhv edilməsi barədə məlumat verib. Lakin "The Wall Street Journal" bildirir ki, əslində zərbələr Suriya müxalifətinin "Mütəsim briqadası"nın döyüşçülərinə endirilib.

Bu dəstənin nümayəndəsi qəzetə bildirib ki, hava zərbələri nəticəsində ən azı 10 döyüşçü həlak olub.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının Yaxın Şərq üzrə nümayəndəsi, polkovnik Patrik Rayder faktı təsdiqləyib. Lakin o bildirib ki, Amerika hərbçiləri həmin zərbə nəticəsində cəmi 4 döyüşçünün ölməsi haqda məlumat əldə ediblər. Polkovnikin sözlərinə görə, Pentaqon baş vermiş faktla bağlı araşdırma aparır. "Biz İŞİD-ə qarşı mübarizə aparan Suriya müxalifəti hərbçilərinə dəstək verməkdə davam edəcəyik" – deyə polkovnik bildirib. 

Son xəbərlər

Orphus sistemi