ABŞ-da azərbaycanlı gənc itkin düşüb

ABŞ-da azərbaycanlı gənc itkin düşüb ABŞ-ın Nyu York şəhərində azərbaycanlı gənc, 1999-cu il təvəllüdlü Aslanov Rahim Tarahim oğlu itkin düşüb
Hadisə
17 Fevral , 2021 13:22
ABŞ-da azərbaycanlı gənc itkin düşüb

ABŞ-ın Nyu York şəhərində azərbaycanlı gənc, 1999-cu il təvəllüdlü Aslanov Rahim Tarahim oğlu itkin düşüb.

"Report"un yerli bürosunun məlumatına görə, ABŞ vətəndaşı olan azərbaycanlı gənc Nyu-Yorkun Park Avenyu küçəsindəki ünvanından 1 həftə əvvəldən yoxa çıxıb. Eyni küçədə yaşayan valideynləri də ondan xəbəri yoxdur.

Polis R. Aslanovla bağlı axtarış aparır.

Dostları onun bir müddət əvvəl bir qara dərili ilə əlbəyaxa dalaşdığını və qarşı tərəfdən hədələndiyini bildirib.

Son xəbərlər

Orphus sistemi