ABŞ-da veteranlar evində atışma olub, ölən və xəsarət alanlar var

ABŞ-da veteranlar evində atışma olub, ölən və xəsarət alanlar var ABŞ-ın Missuri ştatının Kennet şəhərində atışma olub
Digər ölkələr
21 Fevral , 2021 21:37
ABŞ-da veteranlar evində atışma olub, ölən və xəsarət alanlar var

ABŞ-ın Missuri ştatının Kennett şəhərində atışma olub.

"Report" xəbər verir ki, bu barədə KAİT-TV telekanalı yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, atışma zamanı 1 nəfər həlak olub, daha 4 nəfər yaralanıb.

ABC telekanalı isə hadisənin veteranlar evində baş verdiyini bildirib.

Əraziyə gələn polis əməkdaşları hadisə yerində beş nəfərin yaralandığını görüb. Onlardan biri sonradan ölüb. Digər yaralılar xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Telekanal qeyd edib ki, atışma ilə bağlı hər hansı şübhəli şəxs saxlanılmayıb. Təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi