“ABC Telecom”a lisenziyasız proqram təminatının satışına qadağa qoyulub

“ABC Telecom”a lisenziyasız proqram təminatının satışına qadağa qoyulub Şirkətin məhkəmənin qərarından apellyasiya şikayəti vermək hüququ var
Hadisə
30 May , 2017 15:58
“ABC Telecom”a lisenziyasız proqram təminatının satışına qadağa qoyulub

Bakı. 30 may. REPORT.AZ/ “ABC Telecom” şirkətinə (“Kontakt”) “Microsoft”un lisenziyasız proqram təminatının satışı və istifadəsinə qadağa qoyulub.

“Report” xəbər veirir ki, bu barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qərar çıxarıb. 

Bu, Azərbaycanda kompüterlərə yüklənmiş “Microsoft”un lisensiyasız proqram təminatı və bu kompüterlərin təkrar satışı ilə məşğul olan şirkətə qarşı müəllif hüquqlarına dair ölkə qanunvericiliyinin tətbiqi ilə bağlı ilk dəfə olaraq qəbul edilən qərardır. 

Şirkətin məhkəmənin qərarından apellyasiya şikayəti vermək hüququ var. 

Bundan başqa, məhkəmə icraçıları qərarın yerinə yetirilməsinə nəzarət etmək məqsədilə “Kontakt” mağazalarında mühasibat hesabatları ilə tanış olub, anbarlarda müntəzəm yoxlamalar aparmaq hüququna malikdirlər.

"Məhkəmənin bu qərarı müştərilərimizi təhlükəsizlik, hüquq və maliyyə baxımından saxtakarlıq qurbanlarına çevrilmə risklərinin qarşısını almağa yönəlmiş səylərimiz istiqamətində atılan əhəmiyyətli bir addımdır. Bu, bizə saxta proqram təminatının istifadəsi nəticəsində daim artan kibertəhlükələrə qarşı mübarizədə təhlükəsiz və hüquqi metodların tətbiqi imkanlarının yaradılması üçün yardım edəcək. Azərbaycanda da təhlükəsiz kiberməkanın qurulması naminə rəqəmsal cinayətlərə qarşı effektiv mübarizə ən vacib məqamlardan biridir”, - “Microsoft”un Mərkəzi və Şərqi Avropa üzrə Rəqəmsal cinayətlər şöbəsinin baş hüquqşünası Marya Laytinen (Marja Laitinen) bildirib.

Proqram təminatının saxtalaşdırılması və lisenziyasız proqram təminatının tətbiqi Azərbaycan kompüter istifadəçiləri üçün kibertəhlükəsizlik baxımından ən geniş yayılmış risklərdəndir. Proqram təminatına dair müəllif hüquqlarının qorunması sahəsində əldə etdiyimiz ciddi nailiyyətlərə baxmayaraq Azərbaycanda hələ də piratçılıq, müəllif hüquqlarının pozulması halları müşahidə olunur. BSA-nın hesabatına əsasən, Azərbaycanda proqram təminatına dair müəllif hüquqlarının pozulması halları son tədqiqat dövrü ərzində cəmi 1 faiz bəndi azalıb – 2013-cü ildəki 85%-dən 2015-ci ildə qeydə alınmış 84%-dək.

Son xəbərlər

Orphus sistemi