Azərbaycanda 7 dəfə məhkumluq həyatı yaşayan şəxsin yenidən məhkəməsi başlayır

Azərbaycanda 7 dəfə məhkumluq həyatı yaşayan şəxsin yenidən məhkəməsi başlayır Qanunsuz silah saxlamaqda təqsirləndirilən Məmməd Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
30 May , 2019 20:29
Azərbaycanda 7 dəfə məhkumluq həyatı yaşayan şəxsin yenidən məhkəməsi başlayır

Qanunsuz silah saxlamaqda təqsirləndirilən Məmməd Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib və hakim Şövkət Nəcəfovanın icraatına verilib.

Hazırlıq iclasının vaxt hələlik məlum deyil.

Qeyd edək ki, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü M.Mirzəyev Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış keçirilərkən yük yerindən “Kalaşnikov” markalı avtomat və 30 patron aşkarlanaraq götürülüb. M.Mirzəyev ilkin ifadəsində silahı zibil atarkən kanalın yaxınlığından tapdığını bildirib.

Ona qaşı Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham verilib.

M.Mirzəyev əvvəllər yeddi dəfə məhkumluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi