60-a yaxın məhkum vaxtından əvvəl azad olunub

60-a yaxın məhkum vaxtından əvvəl azad olunub Əfv olunanlar mərhəmətliyinə, insanpərvərliyinə və onlara göstərilən xüsusi qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə edib.
Hadisə
7 Aprel , 2020 18:25
60-a yaxın məhkum vaxtından əvvəl azad olunub

Əfv olunanlar mərhəmətliyinə, insanpərvərliyinə və onlara göstərilən xüsusi qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə edib.

Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, dövlət başçısının iradəsi ilə həyata keçirilən qəti tədbirlər nəticəsində xalqımızın bu ümumbəşəri sosial bəladan tezliklə qurtulacağına əminliyini bildiriblər.

"Eyni zamanda dövlətimizin humanist siyasətinin daha bir təzahürü olan məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi üzrə tədbirlər davam etdirilir. Bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə yaradılmış Ədliyyə Nazirliyinin müvafiq Komissiyasının rəyi nəzərə alınmaqla məhkəmələrə təqdim olunmuş materiallara təxirəsalınmadan baxılıb və son günlərdə daha 60-a yaxın məhkum vaxtından əvvəl azad olunub", - məlumatda deyilir.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 6-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Son xəbərlər

Orphus sistemi