33 min manatlıq dələduzluqla üzləşən Bakı sakini 9 ildən sonra polisə müraciət edib

33 min manatlıq dələduzluqla üzləşən Bakı sakini 9 ildən sonra polisə müraciət edib Faktla bağlı araşdırma aparılır
Hadisə
14 İyun , 2016 14:38
33 min manatlıq dələduzluqla üzləşən Bakı sakini 9 ildən sonra polisə müraciət edib

Bakı. 14 iyun. REPORT.AZ/ Bakı sakininə qarşı 33 min 650 manat məbləğində dələduzluq edilib.

“Report”un xəbərinə görə, 66 yaşlı Tahir Axundov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2007-ci ilin sentyabr ayında Bakı şəhər sakini 36 yaşlı Yalçın Kazımov ondan dəyəri 33 650 manat olan tikinti materialları alıb, lakin pulunu indiyədək ödəməyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi