​“28 Mall”a bomba qoyulması barədə yalan məlumat verilməsi hadisəsi ilə bağlı cinayət işi başlanıb

​“28 Mall”a bomba qoyulması barədə yalan məlumat verilməsi hadisəsi ilə bağlı cinayət işi başlanıb Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir
Hadisə
6 Aprel , 2016 16:51
​“28 Mall”a bomba qoyulması barədə yalan məlumat verilməsi hadisəsi ilə bağlı cinayət işi başlanıb

Bakı. 6 aprel. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu “28 Mall” ticarət mərkəzinə bomba qoyulması barədə yalan məlumat verilməsi hadisəsi üzrə rəsmi açıqlama yayıb.

“Report”a daxil olan birgə açıqlamada bildirilib ki, aprelin 4-də saat 18:19-da naməlum şəxsin Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən taksofondan Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq Faiq adlı tanışının Nəsimi rayonunda fəaliyyət göstərən “28 Mall” Ticarət Mərkəzinin “Bazarstore” mağazasına bomba qoyması barədə yalan məlumat verməsi faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 216-cı ( terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1983-cü il təvəllüdlü Rəvan Fətəliyev tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi