1988-ci ildə Qarabağ İpək kombinatında işləyən azərbaycanlılar kütləvi şəkildə qovulub.
"Report" xəbər verir ki, bu, hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər barəsindəki cinayət işi üzrə ittiham aktında qeyd olunub.
Bildirilib ki, Qarabağ İpək kombinatının təmir-tikinti sahəsinin rəisi Ayrapetyan Slavik Calaloviç, kombinatın partiya komitəsinin katibi Köçəryan Robert Sedraki, baş mühəndis Simonyan Vladimir Semenoviç, həmkarlar təşkilatının sədri Mesropyan Bella Surenovna və qeyriləri 1988-ci ilin sentyabr ayı ərzində iş yerinə buraxmamaqla və hədə-qorxu gəlməklə Qarabağ İpək kombinatında işləyən azərbaycanəsilli şəxsləri kütləvi şəkildə iş yerindən qovaraq əmək hüquqlarından zorla məhrum ediblər.