Yuxarı

Şəhidlər Xiyabanında avqustun 22-də İlham və Fərizənin məzarlarını təhqir edən şəxs tutulub

Təhqiramiz hərəkətləri edən şəxs ruhi xəstə imiş

Bakı. 24 sentyabr. REPORT.AZ/ Şəhidlər Xiyabanında avqustun 22-də İlham və Fərizənin məzarlarını təhqir edən şəxs tutulub. "Report"a Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) daxil olan məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qəbirləri təhqir edən Xəzər rayon sakini, ruhi xəstə Nüsrət Qulam oğlu Qasımov saxlanılıb. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanıb. Hadisə ilə bağlı istintaqın aparılması BŞBPİ-nin İstintaq idarəsinə tapşırılıb.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi