Şəhidlər Xiyabanında avqustun 22-də İlham və Fərizənin məzarlarını təhqir edən şəxs tutulub

Şəhidlər Xiyabanında avqustun 22-də İlham və Fərizənin məzarlarını təhqir edən şəxs tutulub Təhqiramiz hərəkətləri edən şəxs ruhi xəstə imiş
Hadisə
24 Sentyabr , 2014 13:46
Şəhidlər Xiyabanında avqustun 22-də İlham və Fərizənin məzarlarını təhqir edən şəxs tutulub
Bakı. 24 sentyabr. REPORT.AZ/ Şəhidlər Xiyabanında avqustun 22-də İlham və Fərizənin məzarlarını təhqir edən şəxs tutulub. "Report"a Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) daxil olan məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qəbirləri təhqir edən Xəzər rayon sakini, ruhi xəstə Nüsrət Qulam oğlu Qasımov saxlanılıb. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanıb. Hadisə ilə bağlı istintaqın aparılması BŞBPİ-nin İstintaq idarəsinə tapşırılıb.

Son xəbərlər

Orphus sistemi