Yuxarı

Zlatan İbrahimoviç “Mançester Yunayted”lə yeni müqavilə bağlayıb

Zlatan İbrahimoviç “Mançester Yunayted”lə yeni müqavilə bağlayıb
36 yaşlı hücumçu yeni forma ilə çıxış edəcək

Bakı. 24 avqust. REPORT.AZ/ İsveçli futbolçu Zlatan İbrahimoviç İngiltərənin “Mançester Yunayted” klubu ilə yeni müqavilə bağlayıb.

“Report”un Mançester təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 36 yaşlı hücumçu bir illik sözləşməyə imza atıb. O, artıq 9 deyil, 10 nömrəli forma ilə çıxış edəcək. 

Qeyd edək ki, Zlatan İbrahimoviç ötən mövsüm də “Mançester Yunayted”in formasını geyinib. O, iştirak etdiyi 46 matçda 26 qol vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi