"Sabah" klubu mövsümün ikinci yarısına qələbə ilə başlayıb

"Sabah" klubu mövsümün ikinci yarısına qələbə ilə başlayıb Bakı. 2 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünün ikinci yarısına start verilib.
Futbol
2 Fevral , 2019 18:32
Sabah klubu mövsümün ikinci yarısına qələbə ilə başlayıb

Bakı. 2 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünün ikinci yarısına start verilib.

"Report" xəbər verir ki, XV turun açılış matçında “Zirə” yenicə təmirdən çıxan stadionunda “Sabah”ı qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün 25-ci dəqiqəsində “Sabah”ın heyətində Məqsəd İsayev ikinci sarı vərəqəni alaraq komandasını azlıqda qoyub. Buna baxmayaraq debütantın hücumçusu Marko Deviç 47-ci dəqiqədə “Sabah”ı penalti ilə hesabda önə çıxarıb. 62-ci dəqiqədə isə “Zirə”nin oyunçusu Vüqar Mustafayev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Bundan 6 dəqiqə sonra Rəşad Eyubov oyunda son nöqtəni qoyub.

Bu nəticədən sonra xallarını 20-yə yüksəldən “Sabah” 4-cü pillədəki mövqeyini qoruyub. “Zirə” isə 10 xalla sonuncu – 8-ci pillədə qalıb.

Qeyd edək ki, bu gün “Keşlə” – “Səbail” matçı da baş tutacaq. Tura sabah keçiriləcək “Qəbələ” – “Sumqayıt” “Qarabağ” – “Neftçi” oyunları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi