Zidanın dünya çempionatının finalında geyindiyi forma hərraca çıxarılacaq

Zidanın dünya çempionatının finalında geyindiyi forma hərraca çıxarılacaq Bakı. 28 sentyabr. REPORT.AZ/ Fransa milli komandasının sabiq futbolçusu Zinəddin Zidanın 1998-ci il dünya çempionatının finalında geyindiyi forma hərrəca çıxarılacaq.
Futbol
28 Sentyabr , 2018 13:38
Zidanın dünya çempionatının finalında geyindiyi forma hərraca çıxarılacaq

Bakı. 28 sentyabr. REPORT.AZ/ Fransa milli komandasının sabiq futbolçusu Zinəddin Zidanın 1998-ci il dünya çempionatının finalında geyindiyi forma hərrəca çıxarılacaq.

"Report"un "France Bleu"ya istinadən verdiyi məlumata görə, forma oktyabrın 13-də Fransanın paytaxtı Parisdə "Drouot" hərrac evində satışa çıxarılacaq. Hərracın təşkilatçısı Jan-Mark Leyne bildirib ki, sabiq yarımmüdafiəçinin final görüşünün ilk hissəsində geyindiyi və yuyulmayan formasından 20 - 40 min avro gəlir əldə etməyi planlaşdırırlar.

O, formanı ona Zidana yaxın olan bir şəxsin verdiyini deyib.

Qeyd edək ki, Fransa millisi ilk dəfə 1998-ci ildə dünya çempionu olub. Fransızlar mundialın həlledici matçında Braziliyanı 3:0 hesabı ilə məğlub ediblər. Zidan həmin qarşılaşmada komandasının 2 qoluna imza atıb.

Son xəbərlər

Orphus sistemi