Yuxarı
    Bağlamaq

    “Yuventus” klubu Paulo Dibala ilə müqavilənin müddətini uzadıb

    24 yaşlı argentinalı hücumçunun illik maaşı 7 milyon avro təşkil edəcək

    Bakı. 13 aprel. REPORT.AZ/ İtaliyanın “Yuventus” klubu futbolçusu Paulo Dibala ilə müqavilənin müddətini uzadıb.

    “Report”un “Tuttosport” nəşrinə istinadən verdiyi məlumata görə, 24 yaşlı argentinalı hücumçu ilə yeni anlaşmanın müddəti 2022-ci ilə qədərdir.

    P.Dibalanın illik maaşı 7 milyon avro təşkil edəcək. O, “Yuventus”un heyətində həmyerlisi Qonsalo İquaindən (7,5 milyon avro) sonra ən ödənişli futbolçu olacaq.

    Qeyd edək ki, Paulo Dibala 2015-ci ildə 32 milyon avro qarşılığında İtaliyanın “Palermo” klubundan Turin təmsilçisinə transfer olunub. O, 5 illik müqaviləyə imza atıb. Dibalanın əvvəlki maaşı illik 3 milyon avro təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi