Bakı. 13 aprel. REPORT.AZ/ İtaliyanın “Yuventus” klubu futbolçusu Paulo Dibala ilə müqavilənin müddətini uzadıb.
“Report”un “Tuttosport” nəşrinə istinadən verdiyi məlumata görə, 24 yaşlı argentinalı hücumçu ilə yeni anlaşmanın müddəti 2022-ci ilə qədərdir.
P.Dibalanın illik maaşı 7 milyon avro təşkil edəcək. O, “Yuventus”un heyətində həmyerlisi Qonsalo İquaindən (7,5 milyon avro) sonra ən ödənişli futbolçu olacaq.
Qeyd edək ki, Paulo Dibala 2015-ci ildə 32 milyon avro qarşılığında İtaliyanın “Palermo” klubundan Turin təmsilçisinə transfer olunub. O, 5 illik müqaviləyə imza atıb. Dibalanın əvvəlki maaşı illik 3 milyon avro təşkil edib.