Bakı. 22 noyabr. REPORT.AZ/ İngiltərənin “Vest Hem” klubu Portuqaliyanın futbol üzrə gənclər yığmasının 16 yaşlı yarımmüdafiəçisi Dominquş Kina ilə müqavilə imzalayıb.
“Report” klubun rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, müqavilə 2020-ci ilə qədər nəzərdə tutulub.
Kina 2016-cı ildə Portuqaliya milli komandasının heyətində Azərbaycanda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi olub və turnirdə 2 qol vurub.