“Vest Hem” Azərbaycanda çempion olmuş futbolçu ilə müqavilə imzalayıb

“Vest Hem” Azərbaycanda çempion olmuş futbolçu ilə müqavilə imzalayıb Kina Bakıda keçirilən Avropa çempionatının qalibi olub və 2 qol vurub
Futbol
22 Noyabr , 2016 05:57
“Vest Hem” Azərbaycanda çempion olmuş futbolçu ilə müqavilə imzalayıb

Bakı. 22 noyabr. REPORT.AZ/ İngiltərənin “Vest Hem” klubu Portuqaliyanın futbol üzrə gənclər yığmasının 16 yaşlı yarımmüdafiəçisi Dominquş Kina ilə müqavilə imzalayıb.

“Report” klubun rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, müqavilə 2020-ci ilə qədər nəzərdə tutulub.

Kina 2016-cı ildə Portuqaliya milli komandasının heyətində Azərbaycanda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi olub və turnirdə 2 qol vurub.

Son xəbərlər

Orphus sistemi