Yuxarı

Useyn Bolt peşəkar futbolçu karyerasında ilk qollarını vurub - VİDEO

Useyn Bolt peşəkar futbolçu karyerasında ilk qollarını vurub - VİDEO

Bakı. 12 oktyabr. REPORT.AZ/ Avstraliyanın “Sentral Kost Mariners” klubunda çıxış edən atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt peşəkar futbolçu karyerasında ilk qollarını vurub. 

"Report" xəbər verir ki, 32 yaşlı yamaykalı idmançı "Makartur Saut Vest Yunayted"lə keçirilən yoldaşlıq matçında dubla imza atıb. Bolt sözügedən görüşdə komandasının son iki qolunun müəllifi olub. 

Qeyd edək ki, qarşılaşma “Sentral Kost Mariners”in 4:0 hesablı qələbəsi ilə başa çatıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi