Ürfan Abbasov: "Bundan sonra da etimad qazansam əla olar"

Ürfan Abbasov: "Bundan sonra da etimad qazansam əla olar" Bakı. 29 may. REPORT.AZ/ Matça yaxşı hazırlaşmışdıq və yaxşı da analiz etmişdik. Bunun da nəticəsində maraqlı oyun oldu. Üç qol vurduq və qələbə qazandıq. Buna da sevinirik.
Futbol
29 May , 2018 23:41
Ürfan Abbasov: Bundan sonra da etimad qazansam əla olar

Bakı. 29 may. REPORT.AZ/ "Matça yaxşı hazırlaşmışdıq və yaxşı da analiz etmişdik. Bunun da nəticəsində maraqlı oyun oldu. Üç qol vurduq və qələbə qazandıq. Buna da sevinirik".

"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Ürfan Abbasov yoldaşlıq oyununda Qırğızıstanı 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra söyləyib.

Müdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Bu gün qol vuracağınızı gözləyirdinizmi?

- Sözün düzü, gözləmirdim. Amma epizod yarandı, irəli getdim. Komanda yoldaşım da yaxşı ötürmə verdi, mən də bundan istifadə etdim.

Qurban Qurbanovun gəlişindən sonra komandada daha çox etimad qazanırsınız. Özünü əsas futbolçulardan hiss edirsinizmi?

- Düzdür. Qurban müəllim oynamaq üçün mənə şans verir. Hər oyunda da bacardığımı etməyə çalışıram. Bundan sonra da etimad qazansam əla olar. Sevinirəm ki, əsas heyətdə oynayıram.

Qol epizodunda ötürmə vermək barədə düşündünüzmü?

- Topu qəbul edən kimi niyyətim qapıya zərbə endirmək idi.

Daha çətin rəqib olsaydı, yenə qapıya zərbə vurmağa risk edərdiniz?

- Daha ağır rəqib olsaydı yəqin ki, belə epizod olmazdı. Mən buna inanmıram. Fürsət oldu yüksək səviyyədə istifadə etdim.

Rəqibin üstünlüyü ələ aldığı zamanlar oldu. Həmin anlarda nə baş vermişdi?

- Bəzi epizodlarda düzgün oynamadıq. Bunun nəticəsində də rəqib bizdən topa daha çox sahib ola bilirdi. Biz pressinqə hazır deyildik. Sonra is oyunu düzgün qurduq. Pressinqdən daha yaxşı çıxdıq.

Əvəzetmələrin rolu oldumu?

- Əlbəttə. Oyuna sonradan daxil olan futbolçular da özlərini yaxşı tərəfdən göstərə bildilər.

Böyük ehtimalla Samir Abasov "Qəbələ"nin yeni baş məşqçisi olacaq. Onunla iş birliyinə hazırsınızmı?

- Mən hazırda milli komandadayam. "Qəbələ”yə aid suallar olmasa, daha yaxşı olardı.

Bu məsələlərlə bağlı narahat deyilsən?

- Xeyr. Niyə narahat olmalıyam? Kim yaxşıdırsa, o da oynayacaq. Yeni baş məşqçi kimə şans versə, o da meydanda olacaq.

Son xəbərlər

Orphus sistemi