​UEFA “Qarabağ” – “İnter” oyunu ilə bağlı qərarını açıqlayıb

​UEFA “Qarabağ” – “İnter” oyunu ilə bağlı qərarını açıqlayıb Klub rəhbərliyinin oyunun nəticəsinin dəyişdirilməsi tələbi təmin olunmasa da, hakimlərin cəzalandırılması istəyi həllini tapıb
Futbol
17 Fevral , 2015 20:31
​UEFA “Qarabağ” – “İnter” oyunu ilə bağlı qərarını açıqlayıb

Bakı. 17 fevral. REPORT.AZ/ UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda Ağdamın “Qarabağ” və Milanın “İnter” komandaları arasında keçirilən görüşdə Azərbaycan təmsilçisinin əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə vurduğu qolu qeydə almayan hakimlər briqadasının cəzalandırılması ilə bağlı qərar qəbul edilib.

"Report" “Qarabağ” futbol klubunun saytına istinadən xəbər verir ki, UEFA tərəfindən fevralın 17-də qəbul olunan qərarda qarşılaşmada vurulan qolun hesaba alınmamasına etiraz edən Ağdam təmsilçisinin haqlı olduğu, hakimlər briqadasının təmiz qolu qeyd almamaqla səhvə yol verdiyi bildirilir. Lakin gözlənildiyi kimi, qərarda oyunun yenidən keçirilməsi məsələsi yer almayıb. Qərarda hakimin oyunda fərdi xətaya yol verdiyi qeyd olunub.

Beləliklə, klub rəhbərliyinin oyunun nəticəsinin dəyişdirilməsi tələbi təmin olunmasa da, hakimlərin cəzalandırılması ilə bağlı tələb həllini tapıb.

Son xəbərlər

Orphus sistemi