Yuxarı

UEFA "Qarabağ"ı növbəti dəfə cərimələyib

UEFA "Qarabağ"ı növbəti dəfə cərimələyib

UEFA növbəti dəfə "Qarabağ" klubunu cərimələyib.

Avropa futbol qurumunun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, buna səbəb Ağdam təmsilçisinin avqustun 13-ü Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Kipr APOEL-inə 0:2 hesabı ilə uduzduğu matçda baş verənlərdir.

Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə azarkeşlər meydana kənar əşyalar atdığı üçün "Qarabağ"a 4 min 375 avro (8 min 225 manat) cərimə kəsilib.

Qeyd edək ki, ÇL-in III təsnifat mərhələsində Kipr APOEL-ini (2:1, 0:2) keçə bilməyən "Qarabağ" çıxışını Avropa Liqasında davam etdirir. Azərbaycan çempionu turnirin qrup mərhələsinin ilk matçında evdə İspaniya "Sevilya"sına məğlub olub - 0:3. 

UEFA daha öncə "Qarabağ"ı İrlandiya Dandolk"unu məğlub etdiyi (3:0) Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa görə də cərimələyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi