Yuxarı
    Bağlamaq

    UEFA prezidenti "Qəbələ"nin oyununu izləyəcək

    Aleksandr Çeferin sabah Bakcell Arenada olacaq

    Bakı. 29 sentyabr. REPORT.AZ/ UEFA prezidenti Aleksandr Çeferin sabah "Bakcell Arena"da olacaq. 

    "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, A.Çeferin Avropa Liqasının C qrupunda keçiriləcək "Qəbələ" - "Maynts" (Almaniya) oyununu izləyəcək.

    O, AVRO-2020-nin 4 oyununun ev sahibi şəhəri- Bakının loqosunun sentyabrın 30-da keçiriləcək təqdimat mərasimində iştirak etmək üçün paytaxta səfər edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi