Yuxarı
    Bağlamaq

    Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib

    ​Bavariya böyükhesablı, Real Madrid isə əzmkar qələbə qazanıb

    Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

    "Report"un məlumatına görə, ilk oyun günündə olduğu kimi, ev sahibləri meydanı qalib tərk ediblər.

    PSJ kimi “Bavariya” da 4 top fərqli qələbəyə sevinib. Komandanın ispaniyalı yarımmüdafiəçisi Tyaqo Alkantara “Arsenal”la matçda 6 dəqiqəyə dubl müəllifi olub.

    “Real Madrid” isə “Napoli” ilə qarşılaşmada əmzkar qələbə qazanmağı bacarıb. İtalyanlar səfərdə erkən qolla hesabı açsalar da, meydan sahibləri fasiləyədək tarazlığı bərpa ediblər. Madrid təmsilçisi ikinci hissənin əvvəlində 5 dəqiqəyə vurduğu 2 qolla matçın taleyini xeyrinə həll edib.

    Göründüyü kimi, bu dəfə qonaqlar səfərdə qol vurmağa müvəffəq olublar ki, bu da evdəki cavab oyunlarında onların işinə yaraya bilər. Düzdür, "topçular" Neapol təmsilçisindən fərqli darmadağın olunduğundan, 1/4 finala çıxmaq şansı azdır.

    UEFA Çempionlar Liqası

    1/8 final mərhələsi, ilk oyunlar

    15 fevral

    23:45 "Bavariya" (Almaniya) – "Arsenal" (İngiltərə) - 5:1

    Qollar: Aryen Robben, 11, Robert Levandovski, 53, Tyaqo Alkantara, 57, 63, Tomas Müller - Aleksis Sançes, 30

    29-cu dəqiqədə Aleksis Sançes penaltini qaçırıb

    Baş hakim: Milorad Majiç (Serbiya)

    Münhen. "Münhen Arena”

    23:45 "Real Madrid" (İspaniya) – "Napoli" (İtaliya) - 3:1

    Qollar: Kərim Benzema, 19, Toni Kroos, 49, Kazemiro, 54 - Lorenzo İnsinye, 8

    Baş hakim: Damir Skomina (Sloveniya)

    Madrid. "Santyaqo Bernabeu”

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi