UEFA: Henrix Mxitaryanın Bakıya gəlişində problem olmayacaq

UEFA: Henrix Mxitaryanın Bakıya gəlişində problem olmayacaq AFFA İngiltərə Arsenalının erməni futbolçusu Henrik Mxitaryanın Bakıdakı Avropa Liqasının finalında iştirak üçün Azərbaycana gəlişində heç bir problemin olmayacağını UEFA-ya bildirib.
Futbol
10 May , 2019 13:19
UEFA: Henrix Mxitaryanın Bakıya gəlişində problem olmayacaq

AFFA İngiltərə "Arsenal"ının erməni futbolçusu Henrik Mxitaryanın Bakıdakı Avropa Liqasının finalında iştirak üçün Azərbaycana gəlişində heç bir problemin olmayacağını UEFA-ya bildirib. 

"Report" xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən TASS-a məlumat verilib. 

Bildirilib ki, UEFA-nın digər ölkələrdəki oyunlarına qatılmaq üçün futtbolçular üçün viza almaq barədə futbol assosiasiyalarına, klublarına və səfirliklərinə məktub göndərilməsi standart qaydadır.

"Bu baxımdan, UEFA ilə "Arsenal" təsdiq tələb edib və AFFA bunu təsdiqləyib. Bu futbolçu üçün heç bir problem olmayacaq və təhlükəsizlik üçün lazımi tədbirlər görüləcək", - UEFA-nın bəyanatında vurğulanıb. 

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.   

Son xəbərlər

Orphus sistemi