Yuxarı

​Türkiyə prezidenti Ronaldo, Fiqo və Zidanla görüşəcək

Açılış mərasimi məşhur idman kanalı Eurosport tərəfindən canlı yayımlanacaq

Bakı. 2 yanvar. REPORT.AZ/ Konya şəhərində inşa olunan yeni stadionun açılışında iştirak etmək üçün əfsanəvi futbolçular - Ronaldo, Zinəddin Zidan və Luiş Fiqo Türkiyəyə gedəcək. "Report"un "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, açılışı mərasiminin hazırlıqlığını Konya bələdiyyəsi həyata keçirir.

42 484 azarkeş tutumuna malik stadionun açılış mərasimi məşhur idman kanalı "Eurosport" tərəfindən canlı yayımlanacaq. Açılış matçında topa ilk zərbəni Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan və baş nazir Ahmet Davutoğlu vuracaq. Qonaqlar arasında UEFA prezidenti Mişel Platininin də olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi