Bakı. 2 yanvar. REPORT.AZ/ Konya şəhərində inşa olunan yeni stadionun açılışında iştirak etmək üçün əfsanəvi futbolçular - Ronaldo, Zinəddin Zidan və Luiş Fiqo Türkiyəyə gedəcək. "Report"un "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, açılışı mərasiminin hazırlıqlığını Konya bələdiyyəsi həyata keçirir.
42 484 azarkeş tutumuna malik stadionun açılış mərasimi məşhur idman kanalı "Eurosport" tərəfindən canlı yayımlanacaq. Açılış matçında topa ilk zərbəni Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan və baş nazir Ahmet Davutoğlu vuracaq. Qonaqlar arasında UEFA prezidenti Mişel Platininin də olacağı gözlənilir.