Türkiyə Kubokunda bütün 1/4 finalçılar müəyyənləşib

Türkiyə Kubokunda bütün 1/4 finalçılar müəyyənləşib Diqqətlər "Beşiktaş" - "Fənərbağça" qarşılaşmasına yönəlib
Futbol
6 Fevral , 2017 01:50
Türkiyə Kubokunda bütün 1/4 finalçılar müəyyənləşib

Bakı. 6 fevral. REPORT.AZ/ Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinin son görüşləri keçirilib.

"Report"un məlumatına görə, ikinci oyun günündə diqqətlər "Beşiktaş" - "Fənərbağça" qarşılaşmasına yönəlib.

İstanbul derbisinin taleyini 72-ci dəqiqədə qonaq komandadan Robin van Persinin qolu həll edib. Həmin vaxt meydan sahibləri 41-ci dəqiqədə Duşko Toşiçin meydandan qovulması üzündən sayca azlıqda olub. Toşiç məhz Van Persini vurduğu üçün birbaşa qırmızı vərəqə alıb. Bununla da "Fənər" əzəli rəqibini 34 il sonra Türkiyə Kubokunda üstələməyi bacarıb.

Günün digər oyunlarına gəldikdə, "Akhisar" evdə "Gümüşhanespor"u 3:1, "Kasımpaşa" "Osmanlıspor"u 1:0, "Konyaspor" "Umraniyespor"u 2:1 hesabı ilə yenib.

İlk oyun günündə "Sivasspor", "Kayserispor", "Rizespor" və "Başakşehir" də mərhələ adlayıb. 1/4 final və yarımfinal mərhələlərinin püşkü fevralın 7-də atılacaq.

Son xəbərlər

Orphus sistemi