​Tino Perez: "Qrupdan çıxmaq bizim üçün uğur olardı"

​Tino Perez: "Qrupdan çıxmaq bizim üçün uğur olardı" "Şansımız püşkdən asılıdır"
Futbol
12 Aprel , 2016 21:23
​Tino Perez: Qrupdan çıxmaq bizim üçün uğur olardı

Bakı. 12 aprel. REPORT.AZ/ "İlk olaraq hər kəsi təbrik edirəm. Bu gün gərgin oyun keçdi. Amma nəticədə vəsiqəni biz qazandıq".

"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez deyib.

Dünya çempionatının "play-off" mərhələsinin cavab görüşündə Hollandiya ilə keçirilmiş oyundan sonra ispaniyalı mütəxəssis bunları bildirib:

"Hollandiya yığması qeyri-peşəkardır. Buna baxmayaraq, onlar daha çox maaş alır. Ancaq mən ilyarımdır ki, burada işləyirəm və yüksək nəticə üçün çalışırıq. Dünya çempionatındakı şansımıza gəlincə, bu püşkdən asılıdır. Düşünürəm ki, qrupdan çıxmaq bizim üçün uğur olardı".

"Rövşən cavan qapıçıdır. Bəlkə də 8 və ya 10 oyun keçirib. Amma mən ona inanıram. Maaşla 1 həftə, bir ay oynamaq olar, amma hardasa təsirini göstərir. Bu gün biz yaxşı oynaya bilmədik. Deməzdim ki, rəqib də yaxşı olmadı. Neçə vaxtdır işləyirik. Bizdə milli komanda "Araz Naxçıvan"dan toplanıb. Bir komanda olduğu üçün bu mənim üçün daha asandır" - deyə, baş məşqçi bildirib.

T.Perez final mərhələsi üçün heyətdə dəyişikliklərin ola biləcəyini söyləyib.

Son xəbərlər

Orphus sistemi