Təxirə salınmış "Qəbələ" - "Zirə" matçında qalib müəyyənləşməyib

Təxirə salınmış "Qəbələ" - "Zirə" matçında qalib müəyyənləşməyib Bakı. 3 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunda daha bir qarşılaşma keçirilib.
Futbol
3 Dekabr , 2018 13:37
Təxirə salınmış Qəbələ - Zirə matçında qalib müəyyənləşməyib

Bakı. 3 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunda daha bir qarşılaşma keçirilib.

"Report" xəbər verir ki, ötən gündən təxirə salınmış "Qəbələ" - "Zirə" matçında hesab açılmayıb. Qəbələ şəhər stadionundakı görüş 57-ci dəqiqədən etibarən start götürüb. 61-ci dəqiqədə qonaqların futbolçusu Bilal Həmdi qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra əyalət təmsilçisi xallarının sayını 16-ya yüksəldib və 5-ci pillədə qalıb. 10-cu xalını qazanan "Zirə" isə hələlik, 7-ci sıraya yüksəlib.

Qeyd edək ki, dekabrın 1-də keçirilmiş matçda "Neftçi" səfərdə "Sabah"a 2:1, "Sumqayıt" isə evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib. Tura bu gün keçiriləcək "Qarabağ" - "Keşlə" matçı ilə yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi