Yuxarı

"Qəbələ" - "Zirə" oyunu qatı duman səbəbindən təxirə salınıb - YENİLƏNİB

"Qəbələ" - "Zirə" oyunu qatı duman səbəbindən təxirə salınıb - YENİLƏNİB

Bakı. 2 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən "Qəbələ" - "Zirə" matçı təxirə salınıb.

"Report" xəbər verir ki, buna Qəbələdəki havanın qatı dumanlı olması səbəb olub.

Görüşün baş hakimi Vüqar Həsənli 15 dəqiqəlik fasilə elan etdikdən sonra, daha 10 dəqiqə gözləyib. Lakin hava şəraiti matçın davam etdirilməsinə imkan verməyib. Görüş sabah saat 13:00-da qaldığı yerdən davam etdiriləcək.

Qeyd edək ki, 57-ci dəqiqədə dayandırılan oyunda hesab açılmayıb.


***18:27

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən "Qəbələ" - "Zirə" qarşılaşması yarımçıq dayandırılıb.

"Report" xəbər verir ki, buna Qəbələdə havanın qatı dumanlı olması səbəb olub.

Görüşün baş hakimi Vüqar Həsənli 57-ci dəqiqədə oyunu 15 dəqiqəlik təxirə salıb. Hava şəraiti imkan versə, matç davam etdiriləcək.

Qeyd edək ki, matçda hələ ki, hesab açılmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi