"Neftçi" cari çempionatda 10-cu qələbəsini qazanıb

"Neftçi" cari çempionatda 10-cu qələbəsini qazanıb Bakı. 1 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.
Fərdi
1 Dekabr , 2018 18:30
Neftçi cari çempionatda 10-cu qələbəsini qazanıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

"Report" xəbər verir ki, həftənin açılış matçında debütant "Sabah" lider "Neftçi"ni qəbul edib. Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"da baş tutan oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:1.

Görüşdə hesabı 21-ci dəqiqədə fərqlənən Anton Krivotsyuk açıb. Lakin Tural Axundovun ikinci sarı vərəqədən sonra meydandan qovulması ilə "ağ-qaralar" azlıqda qalıblar. Lakin matçda növbəti qolu da "Neftçi" vurub. Mirabdulla Abbasov 39-cu dəqiqədə rəqibi məyus edib.

Oyunun 70-ci dəqiqəsində "Sabah"ın müdafiəçisi Vanderson Silva ikinci sarı vərəqəsini alaraq meydandan qovulub. Bundan 4 dəqiqə sonra zədədən sonra meydana dönən debütant "qol maşını" Marko Deviç fərqi azaldıb.

Qarşılaşmanın 83-cü dəqiqəsində simulyasiyaya görə ikinci "sarı"sını görən Baqali Dabo yenidən qonaqları azlıqda qoyub.

Cari çempionatda 10-cu qələbəsini qazanan "Neftçi" xalını 32-yə çatdırıb. "Sabah" isə 17 xalla 4-cü yerdədir.

Qeyd edək ki, bu gün saat 19:00-da "Sumqayıt" - "Səbail" oyunu start götürəcək. Sabah "Qəbələ" - "Zirə"ni matçı olacaq. Bazar ertəsi isə "Qarabağ" "Keşlə"ni qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi