Tanınmış futbolçu İngiltərənin qadınlardan ibarət millisinin baş məşqçisi təyin olunub

Futbol
  • 24 yanvar, 2018
  • 06:02
Tanınmış futbolçu İngiltərənin qadınlardan ibarət millisinin baş məşqçisi təyin olunub

Bakı. 24 yanvar. REPORT.AZ/ “Mançester Yunayted” klubunun sabiq futbolçusu Fil Nevill İngiltərənin qadınlardan ibarət milli komandasına baş məşqçi təyin edilib.

“Report”un İngiltərə Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumatına görə, 41 yaşlı britaniyalı mütəxəssislə 2021-ci il Avropa çempionatının sonuna qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, Fill Nevill karyerası ərzində vətənində “Mançester Yunayted”lə yanaşı, “Everton”da çıxış edib. O, daha əvvəl “qırmızı şeytanlar”ın və İspaniyanın “Valensiya” klubunun məşqçilər korpusunda yer alıb.

44 filmi