"Sumqayıt"ın baş məşqçisi: "Yollarımızı ayırdığımız futbolçu qaydalardan xəbərsiz olub"

"Sumqayıt"ın baş məşqçisi: "Yollarımızı ayırdığımız futbolçu qaydalardan xəbərsiz olub" Bakı. 15 fevral. REPORT.AZ/ Sumqayıt klubu qış transfer pəncərəsində heyətinə qatdığı futbolçu Peyman Keşavarzdan imtina səbəbini açıqlayıb.
Futbol
15 Fevral , 2019 17:45
Sumqayıtın baş məşqçisi: Yollarımızı ayırdığımız futbolçu qaydalardan xəbərsiz olub

Bakı. 15 fevral. REPORT.AZ/ "Sumqayıt" klubu qış transfer pəncərəsində heyətinə qatdığı futbolçu Peyman Keşavarzdan imtina səbəbini açıqlayıb.

Bu barədə "Report"a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib.

O, 22 yaşlı müdafiəçinin mövsüm ərzində artıq iki komandada oynadığı üçün bu addımı atdıqlarını bildirib.

Abbasov Asiyada çıxış edən futbolçuların sənədlərinin gec gəldiyini və onlar barədə məlumat toplamağın çətin olduğunu vurğulayıb: "Onun sənədlərində problem çıxdı. Sənədlər həm də gec gəldi. Futbolçu bizə kömək edə bilməyəcək".

Baş məşqçi Keşavarzın özünün də bu durumdan xəbərsiz olduğunu söyləyib: "Orada bəzi xırdalıqlar var. Özü qaydadan xəbərsiz olub, biz də çox üstünə getmədik. Bunu özümüz bildik. Bu mövsüm artıq 2 klubda çıxış etməsindən sənədi gəlib çatandan sonra məlumatımız oldu".  

Qeyd edək ki, Peyman Keşavarz "Sumqayıt"la 6 ay + 1 illik müqavilə imzalamışdı. Lakin onun cari mövsüm ərzində Omanın “Yasan Al-Vaste” və  "Qostareş Fulad"da çıxış etdiyi müəyyənləşib.  

Son xəbərlər

Orphus sistemi