“Sumqayıt”ın qış fasiləsində heyətinə qatmaq istədiyi ilk oyunçu müəyyənləşib

“Sumqayıt”ın qış fasiləsində heyətinə qatmaq istədiyi ilk oyunçu müəyyənləşib Bakı. 21 dekabr. REPORT.AZ/ “Sumqayıt” futbol klubunun qış fasiləsində heyətinə qatmaq istədiyi ilk oyunçunun adı müəyyənləşib.
Futbol
21 Dekabr , 2018 14:11
“Sumqayıt”ın qış fasiləsində heyətinə qatmaq istədiyi ilk oyunçu müəyyənləşib

Bakı. 21 dekabr. REPORT.AZ/ “Sumqayıt” futbol klubunun qış fasiləsində heyətinə qatmaq istədiyi ilk oyunçunun adı müəyyənləşib.

“Report”un əldə etdiyi məlumata görə, bu, “Zirə”nin qapıçısı Kamal Bayramovdur. Baş məşqçi Ayxan Abbasov qəsəbə təmsilçisinə rəhbərlik etdiyi dönəmdən potensialına yaxşı bələd olduğu 33 yaşlı qolkiperi komandasında görmək istəyir. Lakin Bayramovun hazırkı klubu ilə 2019-cu ilin iyununadək müqaviləsi var. Bu səbəbdən, "gənclik şəhəri” təmsilçisi yaxın günlərdə “Zirə”yə rəsmi təklif göndərəcək.

Əvəzində icarə müqaviləsi başa çatan Orxan Sadıqlı müqavilə üzrə məxsus olduğu "Keşlə"yə qayıdıb. 

Qeyd edək ki, hazırda “Sumqayıt”ın əsas qapıçısı Mehdi Cənnətovdur.

Son xəbərlər

Orphus sistemi