Yuxarı

"Sumqayıt" Antalyadan 2 qələbə ilə qayıdır

​"Sumqayıt" Antalyadan 2 qələbə ilə qayıdır

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" komandası son yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Qazaxıstanın "Şaxtyor" (Karaqanda) klubu ilə üz-üzə gəlib. Görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:2.

"Sumqayıt"ın qollarından 2-ni Amil Yunanov 49-cu və 62-ci dəqiqələrdə vurub. Digər qollara Əmir Ağayev 27-ci, Rəhim Sadıxov 59-cu dəqiqədə imza atıb.

Beləliklə, "Sumqayıt" Antalya toplanışını 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə başa vurub. Əvvəlki matçlarında Macarıstanın "Kaposvar" komandasına 3:4 hesabı ilə məğlub olan "Gənclik şəhəri" təmsilçisi Rumıniya "Politexnika"sı ilə 1:1 hesablı heç-heçə edib və Polşa "Arka"sını yenib - 1:0. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi