Yuxarı

Slovakiya yığmasının kapitanı: “Azərbaycan millisini hər iki oyunda məğlub etməliyik”

Slovakiya yığmasının kapitanı: “Azərbaycan millisini hər iki oyunda məğlub etməliyik”

Bakı. 11 dekabr. REPORT.AZ/ “Qrupumuzda yer alan Fransanın əsas millisi sonuncu dünya çempionudur. Bu rəqiblə eyni səviyyədə maraqlı oyunlarımız olacaq”.

“Report” xəbər verir ki, bunu AVRO-2021-in seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupa düşən Slovakiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının kapitanı Kristian Herts ölkəsinin milli assosiasiyasının rəsmi saytına açıqlamasında deyib.

Yerli “Dunayska-Streda” komandasında çıxış edən 20 yaşlı yarımmüdafiəçi Azərbaycan millisini hər iki oyunda məğlub etməli olduqlarını söyləyib. Müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan futbolçu qrupdan çıxmaq üçün Fransa və İsveçrə ilə mübarizə aparacaqlarını vurğulayıb: “İsveçrə də yaxşı rəqibdir. Onların futbolu son illərdə sıçrayış edib. Bu, ölkənin əsas yığmasının nəticələrində də əksini tapıb. Digər komandalar bizim üçün bəlli deyil. Gürcüstan, Azərbaycan və Lixtenşteyni hər iki matçda məğlub etməliyik. Final mərhələsinə vəsiqə qazanmaq üçün Fransa və İsveçrə ilə mübarizə aparmalıyıq”.

Qeyd edək ki, seçmə mərhələnin oyunları 18 mart 2019-cu ildə start götürəcək və 13 oktyabr 2020-ci ildə yekunlaşacaq. Pley-off oyunları 2020-ci il 9 - 17 noyabrda olacaq. Final mərhələsi isə 2021-ci ilin iyununda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi