Sənan Qurbanov: "Bu gün oyuna köklənmək baxımdan bir az narahatlıq vardı"

Sənan Qurbanov: "Bu gün oyuna köklənmək baxımdan bir az narahatlıq vardı" Bakı. 9 fevral. REPORT.AZ/ Futbolçulara təşəkkür düşür, oyuna yaxşı kökləndilər. Tapşırığın öhdəsindən gəldilər.
Futbol
9 Fevral , 2019 18:44
Sənan Qurbanov: Bu gün oyuna köklənmək baxımdan bir az narahatlıq vardı

Bakı. 9 fevral. REPORT.AZ/ "Futbolçulara təşəkkür düşür, oyuna yaxşı kökləndilər. Tapşırığın öhdəsindən gəldilər".

"Report" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XVI turunda "Sabah"ı səfərdə 1:0 hesabı ilə məğlub etdikləri oyunda sonra deyib.

O, bildirib ki, matçın sonunda gərginlik artıb:

"Bir az hay-küylü oyun oldu. Sona doğru ajiotaj vardı. Sürətli komandaya qarşı oynadıq. Komandamızda oyun intizamsızlığı yoxdur. Bu baxımdan axsaqlıq görmədim. Bu gün bir az köklənmək baxımdan narahatlığım vardı. Şükür ki, bu baş vermədi".

Son xəbərlər

Orphus sistemi