"Şaxtyor"un futbolçusu: "Rəqiblərimiz arasında ən güclüsü "Qarabağ" olub"

"Şaxtyor"un futbolçusu: "Rəqiblərimiz arasında ən güclüsü "Qarabağ" olub" Bakı. 30 yanvar. REPORT.AZ/ Deməzdim ki, Qarabağ Haydukdan zəifdir. Bu komanda da güclü, Çempionlar Liqası, Avropa Liqası səviyyəsindədir.
Futbol
30 Yanvar , 2019 10:03
Şaxtyorun futbolçusu: Rəqiblərimiz arasında ən güclüsü Qarabağ olub

Bakı. 30 yanvar. REPORT.AZ/ "Deməzdim ki, "Qarabağ" "Hayduk"dan zəifdir. Bu komanda da güclü, Çempionlar Liqası, Avropa Liqası səviyyəsindədir".

"Report"un məlumatına görə, bunu Ukraynanın "Şaxtyor" (Donetsk) komandasının futbolçusu Sergey Krivtsov Türkiyənin Antalya bölgəsindəki ilk təlim-məşq toplanışındakı yoxlama oyunları barədə "Komanda 1"ə müsahibəsində deyib. 28 yaşlı müdafiəçi bildirib ki, Azərbaycan təmsilçisinə 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada daha yaxşı təsir bağışlayıblar: "Bu görüşdə daha hazırlıqlı idik və bizdə çox şey alındı. Yaxşı rəqibə qarşı oynadıq. Ona görə də Türkiyədəki hər iki matç hazırlığımız üçün faydalı idi".

"Şaxtyor"un 18 yaşlı hücumçusu Daniil Sikan isə həm ilk, həm də ikinci toplanışdakı rəqiblərindən "Qarabağ"ı fərqləndirib: "İlk toplanışla müqayisədə çoxlu matçımız, çoxlu yüklənməmiz, daha böyük hazırlıqlarımız olacaq. Düşünmürəm ki, sınaqçı rəqiblərdən hansınısa ayırmaq olar. Bütün komandalar güclüdürlər. Hələlik ən güclüsü "Qarabağ" olub. Amma biz qalib gəlmişik. Qalanları daha zəif olacaq".

Qeyd edək ki, "Şaxtyor" ilk toplanışda "Qarabağ"dan əvvəlki yoxlama oyununda "Hayduk"a 1:4 hesabı ilə uduzub. Antalyadakı növbəti hazırlıq prosesində isə rəqiblər "Hobro" (Danimarka), "Lex" (Polşa), "Partizan" (Serbiya), "Botev" (Bolqarıstan) və "Vakker" (Avstriya) olacaq. 

Son xəbərlər

Orphus sistemi