Yuxarı

Saşa Stamenkoviç: "Azərbaycanda hakimliyin səviyyəsi "Neftçi"də oynadığım dövrlə müqayisədə qalxıb"

Saşa Stamenkoviç: "Azərbaycanda hakimliyin səviyyəsi "Neftçi"də oynadığım dövrlə müqayisədə qalxıb"

Bakı. 20 avqust. REPORT.AZ/ "Uduzanda bütün komanda məğlub olur. Kimisə ayırmaq olmaz. Əsas kollektivin bir olmasıdır. Əlbəttə, üzücü məğlubiyyət aldıq. 4 top buraxdıq". 

Bunu "Report"a açıqlamasında "Sabah" komandasının qapıçısı Saşa Stamenkoviç Azərbaycan Premyer Liqasının II turunda evdə "Sumqayıt"a 1:4 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib. Serbiyalı qolkiper bildirib ki, hesabı açan tərəf olmaları onlara fayda verməyib, əksinə, mənfi təsir edib: "Bu qol bizi arxayınlaşdırdı. Nəticədə boşaldıq və çoxlu səhvə yol verdik. Bunları yaxşıca təhlil etməli və dərs çıxarmalıyıq. Səhvlər onlardan nəticə çıxarmaq baxımından vacibdi. Bunu edərək, yolumuza davam etməliyik".

Stamenkoviç belə nəticə olsa belə, bir məğlubiyyətə görə ruhdan düşməyi düzgün saymır: "Əlbəttə, heç gözləməzdim ki, artıq II turda - ilk ev oyunumuzda belə alınacaq, böyük hesabla uduzacağıq. Ancaq bu, futboldur. Heç vaxt qalib gəlmirsən, belə məğlubiyyətlər də olur".

Təcrübəli qapıçı buraxdığı ikinci qolda baş hakim Əliyar Ağayevin penalti qərarını doğru sayıb: "Həmin anda cərimə meydançamızda mübarizə gedirdi və hakim epizoda yaxın idi. O, belə qərar veribsə, deməli, doğrudur. Ümumiyyətlə, Azərbaycanda hakimliyin səviyyəsi burada oynadığım ilk dövrlə müqayisədə qalxıb və referilərinizi buna görə tərifləmək istərdim".

Qeyd edək ki, 33 yaşlı Stamenkoviç 2011 - 2015-ci illərdə "Neftçi"də oynayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi