Yuxarı

​Azərbaycan yığmasının futbolçusu Almaniyaya yollanıb

Futbolçu belində ağrılar hiss edib

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan milli komandasının və "Qəbələ" klubunun futbolçusu Ruslan Abışov Almaniyaya yollanıb. "Report"un klubun saytına istinadən verdiyi məlumata görə, belində ağrılar hiss edən müdafiəçi Münhen şəhərində həkim müayinəsindən keçəcək.

29 yaşlı futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu müayinədən sonra bəlli olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi