Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan milli komandasının və "Qəbələ" klubunun futbolçusu Ruslan Abışov Almaniyaya yollanıb. "Report"un klubun saytına istinadən verdiyi məlumata görə, belində ağrılar hiss edən müdafiəçi Münhen şəhərində həkim müayinəsindən keçəcək.
29 yaşlı futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu müayinədən sonra bəlli olacaq.