Ronaldudan cinsi təcavüzlə bağlı DNT nümunəsi götürüləcək
Futbol
- 11 yanvar, 2019
- 03:54
Bakı. 11 yanvar. REPORT.AZ/ Las-Veqas polisi "Yuventus" və Portuqaliya millisinin cinsi təcavüzdə ittiham olunan hücumçusu Kriştianu Ronaldudan DNT nümunəsi götürülməsi barədə göstəriş verib.
“Report” xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Bildirilir ki, polis Ronaldunu cinsi təcavüzdə ittiham edən Ketrin Mayorqanın paltarından tapılan genetik material nümunələrinin portuqaliyalı futbolçunun DNT-si ilə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirmək niyyətindədir.
Məlumata görə, polis müvafiq orderi artıq İtaliyanın məhkəmə xidmətlərinə göndərib.
Daha əvvəl 34 yaşlı model Mayorqa Ronaldunu guya 2009-cu ildə Las-Veqasda baş verən cinsi təcavüzdə ittiham edərək məhkəməyə verib.
Son xəbərlər
10:01
AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfəyədək artıb
İnfrastruktur10:00
Manuel Noyer Çempionlar Liqasında Lionel Messinin rekordunu təkrarlayıb
Futbol09:58
Bakı aeroportu yeni nəsil təhlükəsizlik texnologiyalarını istifadəyə verib
İnfrastruktur09:53
"Sabah" Çempionlar Liqasında Almaniya təmsilçisi ilə üz-üzə gələcək
Komanda09:44
Tokayev Yaxın Şərqdə tam atəşkəs və barışıq razılaşmasını alqışlayıb
Region09:36
Litvanın Baş naziri aprelin 9-da Azərbaycana səfər edəcək
Xarici siyasət09:35
Farid Talıbov Yaponiyanın Kyoto şəhərinin merini WUF13-ə dəvət edib
Xarici siyasət09:33
Şirvanda kütləvi zəhərlənmə olub
Hadisə09:32