Ronaldu "Yuventus"a görə Portuqaliya millisinin oyunlarını buraxacaq
Futbol
- 29 avqust, 2018
- 12:18
Bakı. 29 avqust. REPORT.AZ/ İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu Portuqaliya millisinin qarşıdakı oyunlarını buraxmağı qərara alıb.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu bu addımı bütün diqqətini klubundakı çıxışına yönəltmək üçün atıb.
Portuqaliya yığması sentyabrın 6-da Xorvatiya ilə yoldaşlıq görüşündə, sentyabrın 10-da isə İtaliya ilə Millətlər Liqası matçında üz-üzə gələcək. Ronaldu milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə müddətindən faydalanmaq niyyətindədir. Təcrübəli oyunçu klubuna tam uyğunlaşmağı və onun bir hissəsinə çevrilməyi hədəfləyib.
Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"un heyətində A Seriyasında 2 oyuna çıxsa da, qol vura bilməyib.
Son xəbərlər
09:57
Muxtar Babayev: "Son 30 ildə təbii fəlakətlər dünyada aqrar sahəyə 3 trilyon dollar ziyan vurub"
ASK09:56
Van İ Pekində Abbas Əraqçi ilə regiondakı vəziyyəti müzakirə edib
Digər ölkələr09:56
Foto
Azərbaycan və Böyük Britaniya enerji layihələrinin icrasını müzakirə edib
Energetika09:50
Azərbaycanda 4 ayda büdcədən 97 milyon manata yaxın vəsait geri qaytarılıb
Maliyyə09:50
Məcnun Məmmədov: "Ötən il fermerlər 280 milyon manatdan çox əkin subsidiyası alıb"
ASK09:49
Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksi üzrə dünya reytinqində 21 pillə irəliləyib
İKT09:45
"Güzəştli mənzil" sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlanılıb
İnfrastruktur09:44
Azərbaycan nefti ucuzlaşıb
Energetika09:39
Video