Ronaldu "Old Trafford"da meydana qaçan azarkeşlə selfi çəkdirib - VİDEO
- 24 oktyabr, 2018
- 03:47
Bakı. 24 oktyabr. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Mançester Yunayted"lə keçirilən oyundan sonra "Old Trafford" stadionuna qaçan azarkeşin arzusunu yerinə yetirib.
“Report” xəbər verir ki, portuqaliyalı stüardların tutub saxladığı kişidən telefonunu alaraq onunla selfi çəkdirib.
Qanun pozucusu daha sonra meydadan aparılıb, Ronaldunu isə azarkeşlər alqışlamağa başlayıblar.
Maçtın birinci hissəsinin əvvəlində də eyni hal yaşanıb. Azarkeşlərdən biri meydana qaçaraq Ronaldu ilə əl sıxmaq istəyib. Stüardların onu saxlamasına baxmayaraq, futbolçu fanatın istəyini yerinə ytirib.
Qarşılaşma "Yuventus"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 17-ci dəqiqədə Paulo Dibala vurub.
Quand Cristiano Ronaldo prend un selfie sur la pelouse d'Old Trafford avec un fan entré sur le terrain au coup de sifflet final #MUNJUV #RMCLive #ChampionsZone pic.twitter.com/6uxjeXAyg3
— RMC Sport (@RMCsport) October 23, 2018