Ronaldo: Mənim "İnter"i almağa pulum yoxdur

Ronaldo: Mənim "İnter"i almağa pulum yoxdur Bakı. 2 yanvar. REPORT.AZ/ Bu yaxınlarda İspaniyanın Valyadolid klubunun sahibi və prezidenti olan Braziliya yığmasının sabiq futbolçusu Ronaldo Milanın İnter klubunu almaq barədə düşünmədiyini deyib.
Futbol
2 Yanvar , 2019 22:46
Ronaldo: Mənim İnteri almağa pulum yoxdur

Bakı. 2 yanvar. REPORT.AZ/ Bu yaxınlarda İspaniyanın "Valyadolid" klubunun sahibi və prezidenti olan Braziliya yığmasının sabiq futbolçusu Ronaldo Milanın "İnter" klubunu almaq barədə düşünmədiyini deyib.

“Report” xəbər verir ki, onun sözlərini "Sky Sport Italia" nəşri sitat gətirib:

"Çox işləyirsən, daha az qazanırsan. Hazırda mən çox məşğulam, lakin bu çağırış mənim xoşuma gəlir. "İnter"i almaq? Heç vaxt bu barədə düşünməmişəm. Bu komanda mənim qəlbimdədir, lakin mən həyatda heç nəyi istisna etmirəm. Eyni zamanda mənim "İnter"i almaq üçün pulum yoxdur. Odur ki, hələlik "Valyadolid"də işimi davam etdirəcəyəm".

Ronaldo "Valyadolid"i 30 mln. avroya alıb. İspaniya çempionatında cari mövsümün 17 turundan sonra komanda turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi