Bakı. 17 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç Türkiyənin Antalya şəhərinə yollanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Robert Prosineçkinin köməkçiləri 21 yaşadək futbolçulardan ibarət yığmanın Antalyada "Germania Egestorf" komandası ilə keçirdiyi oyunu izləyiblər.
Hər iki məşqçi Yaşar Vahabzadənin rəhbərlik etdiyi komandanın digər yoxlama oyunlarına və hazırda Antalyada toplanışda olan klubların bir neçə matçına baxıblar.
Qeyd edək ki, millinin baş məşqçisi Robert Prosineçkinin də Antalyaya yollanması nəzərdə tutulmuşdu. Lakin o, şəxsi işləri ilə əlaqədar paytaxtda qalmalı olub.